Dünya

ABŞ qoşunlarını Suriyadan çıxarmaqdan imtina etdi

Sharing is caring!


“Vaşinqton ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərar qəbul etməyib”.

Bu sözləri ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə müsahibəsində deyib.

“İlk növbədə, icazə verin, vəziyyəti açıqlayım: ABŞ Suriyadan qoşunlarını çıxarmır”, – deyə o vurğulayıb.

Viktoriya Nulandın sözlərinə görə, terrorçular hələ də fəaldırlar, ona görə də ABŞ Türkiyə ilə birlikdə İraqda və ya Suriyada, harada olmalarından asılı olmayaraq onlara qarşı mübarizəni davam etdirmək niyyətindədir.

Nuland Vaşinqton və Ankaranın bu istiqamətdə əməkdaşlığı gücləndirdiyini bildirib. O qeyd edib ki, terrorçular İstanbulda terror aktları törətməkdən və ya İordaniyada Amerika qüvvələrinə hücum etməkdən çəkinmirlər.

“Buna görə də, bizim bir-birimizə ehtiyacımız var”, – deyə siyasətçi ABŞ-Türkiyə ortaqlığı haqqında fikrini ifadə edib.

Qeyd edək ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı şayiələr uzun müddətdir ki, dolaşır. Bu yaxınlarda “Al-Monitor” və “Foreign Policy” nəşrlərində dərc edilən məqalələrə görə,  Vaşinqton bu planı ciddi şəkildə nəzərdən keçirir, nüfuzuna dəyə biləcək minimum zərərlə Suriya ilə necə vidalaşacağına dair qərar verməyə çalışır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir