İdman

Azərbaycan voleybolçusu Türkiyə çempionatında həftənin ən yaxşıları sırasında

Sharing is caring!


Türkiyənin “Karayolları” komandasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova həftənin ən yaxşı oyunçuları sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu buna Sultanlar Liqasının XVIII turunda “Aydın Böyükşəhər Bələdiyyəspor”la qarşılaşmada 26 xal toplayaraq nail olub.

Görüş P. Rəhimovanın komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Karayolları” turnir cədvəlində 6 xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir