Dünya

Polis Ermənistan parlamentinin keçmiş sədr müavinini saxlayıb

Sharing is caring!

Polis Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanovu saxlayıb.

Vətəndaş itaətsizliyi aksiyalarının başlamasından (1 may) bu yana Eduard Şarmazanov ilk dəfə saxlanılıb.

Şarmazanovun sosial şəbəkədəki səhifəsində onun artıq polis bölməsində digər nümayişçilərlə birlikdə “Nikolsuz Ermənistan” şüarını səsləndirən videogörüntüsü yayılıb.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri şəhər polis şöbəsinə aparılıb.

Respublikaçılar Partiyasından olan keçmiş deputat Armen Aşotyan da məhkəmə qarşısına çıxarılıb. Parlamentin eks-spikeri Samvel Nikoyan, parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının keçmiş rəhbəri Qagik Minasyan, habelə İrəvan bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Artur Gevorkyan da məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir, etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər.

Mənbə: Sputnik Ermənistan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir