Dünya

Avropadakı ukraynalı miqrantların sayı açıqlandı

Sharing is caring!

Rusiyanın hərbi müdaxiləsindən bəri Ukraynadan Avropaya gedən qaçqınların sayı 7 915 287 nəfərə çatıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) saytında qeyd edilir.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, təkcə son bir həftə ərzində məcburi köçkünlərin sayı 18 min nəfərdən çox artıb.

4,9 milyon qaçqın milli müvəqqəti müdafiə və dəstək proqramlarına cəlb olunub. Ümumilikdə fevralın 24-dən 17 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə gedib, təxminən 9,2 milyon məcburi köçkün Ukraynaya qayıdıb.

2022-ci il fevralın 24-dən ən çox qaçqına ev sahibliyi edən ölkələr müvafiq olaraq Polşa, Almaniya, Çex Respublikası, İtaliya, İspaniya, Britaniya, Bolqarıstan, Fransa, Rumıniya, Slovakiyadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir