Dünya

Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya düşdü: Ölən və yaralılar var

Sharing is caring!

Türkiyənin Qaziantep şəhərində şagirdləri daşıyan avtobus avtomobillə toqquşub.

Hadisə Qaziantep-Kilis avtomobil yolunun Beşgöz qovşağında baş verib. Yol-nəqliyyat hadisəsi zamanı zərbə səbəbindən avtomobildən kənara atılan 1 nəfər hadisə yerində ölüb, əksəriyyəti xarici ölkə vətəndaşı olan 12 nəfər yaralanıb.

Yaralılar hadisə yerinə cəlb edilən səhiyyə qrupları tərəfindən Qaziantepdəki xəstəxanalara aparılıblar.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir