Dünya

İsrailin pilotsuz təyyarəsi Fələstin ərazisində qəzaya uğrayıb

Sharing is caring!

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Fələstin ərazisində, İordan çayının qərb sahilində qəzaya uğrayıb.

Bu barədə İsrail ordusunun “Twitter” hesabında açıqlama verilib.

Açıqlamada “Sky rider” tipli pilotsuz uçuş aparatının uçuş zamanı qəzaya uğradığı bildirilib.

PUA ilə bağlı və həmçinin düşmə səbəbi barədə hər hansı başqa məlumat verilməyib. Ərazidən PUA-nın parçalanmış hissələrinin yığışdırıldığı qeyd edilib.

Digər tərəfdən, fələstinli fəallar bununla bağlı sosial media hesablarında paylaşımlar edib və sözügedən pilotsuz təyyarənin Nablus bölgəsinə düşdüyünü vurğulayıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir