Cəmiyyət

Azərbaycanda iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ – TƏFƏRRÜAT

Sharing is caring!

Naftalanda baş verən intiharın bəzi detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb.

63 yaşlı Feyruz Qocayev özünə məxsus “Nissan” markalı, 46-BA-222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb. 

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd “Stoeger” markalı tüfəng götürüblər. 

Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən “Şəfa” sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış. 

F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir