Cəmiyyət

Bayram günlərində Təcili Tibbi Yardım Xidmətinə 14 mindən çox müraciət daxil olub

Sharing is caring!

“103” Çağrı Mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub”.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib. Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib. 

Təcili Tibbi Yardım Xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, xəstəxanaya yatırılanların sayı isə 1 307 olub.

Çağırışların sayı ən çox 01.01.2023-cü il (çağırış sayı 2 867, xəstəxanaya yatırılanların sayı 284 olmaqla) və 03.01.2023-cü il (çağırış sayı 2 951, xəstəxanaya yatırılanların sayı 285 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir