Dünya

Burkina Fasoda 28 nəfərin cəsədi tapıldı – FOTO

Sharing is caring!

Burkina Fasonun şimal-qərbindəki Nuna şəhəri yaxınlığında ən azı 28 cəsəd tapılıb.

Bu barədə Burkina Fasonun rabitə, mədəniyyət, incəsənət və turizm naziri, Rimtalba hökumətinin rəsmi nümayəndəsi Jan Emmanuel Uedraoqo məlumat verib.

O bildirib ki, faciə dekabrın 31-nə keçən gecə baş verib:

“Hazırda hadisənin baş vermə səbəbləri, o cümlədən təqsirkarların müəyyən edilməsi ilə bağlı araşdırma aparılır”.

Uedraoqo ölkə əhalisini sakitliklərini qoruyub saxlanmağa çağırıb.

Nuna Ali Məhkəməsi ölənlərin əksəriyyətinin kişilər olduğunu və hamısının güllələnərək qətlə yetirildiyini açıqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir