Şou-Biznes

“Çocuklar duymasın”ın Azərbaycan əsilli ulduzu səssizliyini POZDU

Sharing is caring!

Kirayə yaşadığı evin sahibinin məhkəməyə verdiyi Türkiyənin məşhur aktyoru Tamer Karadağlı ilk dəfə açıqlama verib. 

Lent.az xəbər verir ki, o, haqqında yayılan bütün iddialara aydınlıq gətirib.

Azərbaycan əsilli aktyor bildirib ki, hər ay kirayə pulunu ödəyib:

"Borcuna sadiq biri olaraq kirayə pulumu hər ay, dəqiq vaxtda ödəmişəm. Yaşadığım evin sahibi 10 min 500 lirə olan kirayə pulunu 55 min lirəyə  qaldırmaq istəyib. Bu bahalaşmanı əsla qəbul etmirəm. Bildirmək istəyirəm ki, bu məsələ barəsində başlatdığım hüquqi mücadiləmi axıra qədər davam etdirəcəyəm".

Qeyd edək ki, Tamer Karadağlı "Çocuklar duymasın" serialında canlandırdığı "Haluk" obrazı ilə yadda qalıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir