Dünya

Hulusi Akar: “2022-ci ildə dörd mindən çox terrorçu zərərsizləşdirilib”

Sharing is caring!

Türkiyədə, eləcə də Şimali İraq və Suriyada 24 iyul 2015-ci il tarixindən indiyədək 37 312, 2022-ci ilin əvvəlindən isə 4 009 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dərc olunan mesajında ​​deyilir.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirib və yeni 2023-cü ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyur.

Nazir qeyd edib ki, Türkiyə qlobal və regional səviyyədə hadisələrin sürətlə dəyişdiyi bir dövr yaşayır, artan risk və çağırışlar səbəbindən təhlükəsizlik məsələləri ön plana çıxıb. Akar Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlara da diqqət çəkib.

“Bu il başda FETÖ, YPG (PKK-nın Suriyadakı hərbi qanadı) və İŞİD-ə qarşı, bütün terror təşkilatlarına qarşı fəal mübarizəmizi davam etdirdik. Biz ölkəmizin bütün 85 milyon vətəndaşının təhlükəsizliyini təmin etmək əzmindəyik”, – deyə o bildirib.

Nazir həm Ege, həm də Şərqi Aralıq dənizində Türkiyənin maraqları və hüquqlarının qorunmasının vacibliyini də qeyd edib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir