Dünya

Britaniyada qağayının hücumuna məruz qalan qadın insult keçirdi

Sharing is caring!

84 yaşlı britaniyalı qadın qağayının hücumuna məruz qaldıqdan sonra insult keçirib.

Quş qadından yemək almaq istəyib.

Helen Horn əlində yeməklə küçədə gedərkən qağayı ona hücum edib. Bundan sonra təqaüdçü özünü pis hiss edib və o, təcili olaraq xəstəxanaya aparılıb. Həkimlər yaşlı qadına insult diaqnozu qoyublar.

Vaxtında göstərilən yardım sayəsində britaniyalı tez sağalıb və bir həftə sonra artıq evinə qayıdıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir