İdman

“Neftçi”nin legioneri: “Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək”

Sharing is caring!

“Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç yeni transfer Höccət Haqverdi barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

36 yaşlı müdafiəçi bildirib ki, cənubi azərbaycanlı oyunçu da Azər Salahlı kimi universaldır:

“Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq”.

Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətinin yaxşılığa doğru getdiyini söyləyib:

“Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. “Sabah”la çempionat oyununa təqribən iki həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir