Cəmiyyət

Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusundan FOTOREPORTAJ

Sharing is caring!

1946-cı ildə Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə ilk neft quyusu qazılıb.

Hazırda bütün dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunun ABŞ-nin Pensilvaniya ştatında olduğu bilinsə də, tarixi sənədlər sübut edir ki, Azərbaycanda bu quyu ABŞ-dən 13 il əvvəl qazılıb. 

Söhbət son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlərdən gedir. Belə sənədlərdən biri 1844-cü il 22 dekabr tarixində Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonovun bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı məktubdur. Məktubda Vasili Semyonov Abşeron yarımadasındakı neft mədənlərini geniş təsvir edir və təkliflərlə çıxış edir.

Qarşı tərəfdən onun məktubuna müsbət rəy verildikdən sonra  1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. Beləliklə, 1846-cı ilin yanvarında Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. Nəticədə 1900-cü illərədək dünya neftinin 50 faizini Azərbaycan təmin edir.

Bildirək ki, Azərbaycanı ilk sıraya çıxaran bu quyu 2017-ci ildə tam bərpa olunub. Bərpadan sonrakı vəziyyətlə isə dövlət başçısı İlham Əliyev tanış olub. 

PhotoStock.az-ın sənaye üsulu ilə qazılmış ilk neft quyusundan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir