Dünya

Fransada antisemitizm halları iki dəfə artıb

Sharing is caring!


Fransa polisi bir aydan az müddət ərzində 900-ə yaxın antisemit qanun pozuntusu qeydə alıb və bu, bütünlükdə ötən illə müqayisədə iki dəfə çoxdur.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən indiyədək 887 antisemit hərəkət qeydə alınıb və 442 nəfər saxlanılıb.

Hökumətin nümayəndəsi Olivye Veran bildirib ki, Fransa hakimiyyəti ölkədə antisemitizmin görünməmiş həddə artımını Yaxın Şərqdəki mövcud münaqişə ilə əlaqələndirir.

Onun sözlərinə görə, antisemitizm təzahürləri fonunda insanların artıq mağazalarda alış-veriş etməyə və taksi sifariş etməyə cəsarət etməməsi halları qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir