Dünya

Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıracaq

Sharing is caring!

Böyük Britaniya hökuməti 2023-cü il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyacaq.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin cümə günü dərc etdiyi məlumatda​ deyilir.

“Böyük Britaniya 2023-cü il yanvarın 1-dən Rusiya mayeləşdirilmiş təbii qazının idxalını dayandıracaq və dünya ölkələrinə öz asılılığını azaltmaqda dəstək verəcək”, – deyə “Twitter”də dərc edilən bəyanatda bildirilib.

Qeyd edək ki, 2021-ci ilə qədər Böyük Britaniya bazarına daxil olan qazın demək olar ki, yarısı Britaniyanın Şimal dənizi şelfindən çıxarılıb. Norveç krallığın ən böyük qaz təshizatçısıdır. Eyni zamanda, idxalın təxminən 17%-ni mayeləşdirilmiş təbii qaz təşkil edir ki, bunun da böyük hissəsi Qətər, ABŞ və Rusiya tərəfindən tədarük olunur.

Ötən il Böyük Britaniya 3,12 milyard kubmetr Rusiya qazı idxal edib ki, bu da həməin yanacaq növü üzrə ümumi istehlakının 4% -nə bərabərdir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir