Dünya manset

ABŞ-dan Türkiyəyə BÖYÜK ŞOK: Ərdoğan-Tramp görüşərkən…

Sharing is caring!

“Türkiyənin F-35 proqramından çıxışı 2020-ci ilin martında olacaq. “Lockheed Martin” və “Pratt&Whitney” alternativ tədarükçü tapmaq məsələsində müdhiş uğurlar əldə edib”.

XəbərAl.az  xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın Ağ Evdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı qəbul etdiyi əsnada Konqresdə çıxış edən Pentaqon rəsmisi Erik Fik deyib.

Onun fikirləri Defense News”un “Pentaqon rəsmisi F-35 proqramının planlaşdırıldığı kimi davam etdiyini və Türkiyənin yerinə yeni alternativlər gəldiyini söylədi” başlıqlı xəbərində yer alıb.

Proqramın idarəçisi olan Fik qeyd edib ki, bu istiqamətdə 1 il öncə işləməyə başlayıblar. Çox səssiz və incə şəkildə qırıcıların bütün hissələri üçün alternativ istehsalçı tapdıqlarını axtarmağa çalışıblar: “Hələ ki, hamısını tapa bilməmişik. Təxminən 12 komponentə alternativ tapa bilmədik. Bunlar arasında pərvanə və qırıcının gövdəsi də var”.

Qeyd edək ki, Fikin bəhs etdiyi hissələrin əksəriyyətini Türkiyə şirkətləri istehsal edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir