Dünya manset

Türkiyə NATO-dan çıxıb Rusiya ilə… – Nazirdən gözlənilməz SÖZLƏR

Sharing is caring!

Suriyanın şimal-qərbində 500-600 ABŞ əsgəri qalacaq.

XəbərAl.az xəbər verir ki, bunu Asiya turu çərçivəsində Cənubi Koreyaya səfər edən ABŞ-ın müdafiə naziri Mark Esper jurnalistlərə açıqlayıb.

Nazir bildirib ki, Suriyadakı hərbi qüvvələrin geri çəkilməsi prosesi davam edir. Lakin sonda bölgədəki neft quyularının təhlükəsizliyini qorumaq üçün 500-600 əsgər qalacaq.

Mark Esper İraq və İordaniya sərhədində yerləşən “Əl-Tanf” bazasındakı 200 əsgərin bu rəqəmə daxil olmadığını qeyd edib.

Nazir ABŞ-ın bölgədə YPG/PKK terror təşkilatına yardıma davam etdiyini deyib və bildirib ki, Suriyadakı ABŞ əsgərlərinin sayı yalnız avropalı müttəfiqlərin bu ölkədə hərbi qüvvələrini gücləndirməsindən sonra dəyişə bilər: “İşlər dəyişir, meydandakı olaylar dəyişir. Məsələn, Avropadan bizə qoşulan ortaqlarımız və müttəfiqlərimiz ola bilər. Meydanda bizə qatılsalar, bu, bizə oradan (Suriyadan) daha çox əsgər çıxarmağa şərait yaradacaq”.

Müdafiə naziri qeyd edib ki, Türkiyənin Rusiya ilə Suriyada əməkdaş olması müddətcə NATO-nun təsir dairəsindən çıxması anlamına gəlir.

Qeyd edək ki, Türkiyənin “Barış pınarı” anti-terror əməliyyatına görə ABŞ Suriyadakı qüvvələrini sərhəd bölgəsindən geri çəkməli olmuşdu. Daha sonra neft quyularının İŞİD və İranın əlinə keçməməsi bəhanəsilə bölgədə ABŞ əsgərlərinin müəyyən hissəsinin saxlanması qərarı verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir