Dünya

Şaurma Moskva sakinləri arasında ən populyar qidaya çevrilib

Sharing is caring!

2022-ci ildə Moskva sakinləri arasında ən çox toyuq şaurmasının evə çatdırılmasını sifariş ediblər.

Bunu şəhərin “Rayonda Mətbəx” qida çatdırılması xidmətinin apardığı araşdırma sübut edib.

Populyarlığına görə ikinci yerdə “sırnik” kimi tanınan qida qərarlaşıb. Üçüncü və dördüncü yerləri vermişelli toyuq şorbası və mal əti borşu tutub.

Kapuçino isə çatdırılma xidmətində ən populyar içki olub. İkinci yerdə isti zəncəfil çayı, üçüncü yerdə isə qəhvə qərarlaşıb.

Desertlər kateqoriyasında ilk üç yeri bal tortu, Napoleon tortu və xama tutub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir