Dünya

Məşhur türk serialı Rusiyada yenidən çəkiləcək

Sharing is caring!

Rusiyada “Sən çal qapımı” türk serialının yenidən çəkilməsi planlaşdırılır. Onun istehsalı ilə eyni vaxtda bir neçə şirkət – “Mediaslovo”, “Qazprom-Media” holdinqi və “Okko” onlayn kinoteatrı əməkdaşlıq edəcək.

“Okko”nun mətbuat xidməti serialın Moskvada çəkiləcəyini bildirib.

“Rusiyada ilin ən uğurlu xarici serialı orijinaldan təkcə aktyorlar və səhnə tərtibatı ilə fərqlənəcək. Tamaşaçılar layihənin dramaturgiyasının ümumi cazibəsini saxlayacaq süjet fərqlərini də görəcəklər”, – deyə “Mediaslovo”nun baş prodüseri Danila Şarapova deyib.

Serialın rus versiyası TNT-də, həmçinin “Okko” və “Premier” onlayn kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edək ki, “Sən çal qapımı” serialı özünü cütlük kimi göstərməyə məcbur qalan çiçəkçi xanım və iş adamı haqqındadır. Baş rollarını Hande Erçel və Kerem Bürsinin ifa etdikləri serial dünyanın 85 ölkəsində yayımlanıb.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir