Dünya

Dele Alli: “Altı yaşımda cinsi təcavüzə uğradım” – VİDEO

Sharing is caring!


Türkiyənin “Beşiktaş” klubunda çıxış etmiş, hazırda məxsus olduğu “Everton”a qayıdan İngiltərə millisinin futbolçusu Dele Alli sabiq futbolçu Qeri Nevilin “YouTube” kanalına verdiyi müsahibədə yeniyetmə yaşlarında cinsi təcavüzə məruz qaldığını açıqlayıb.

“Altı yaşımda anamın dostu tərəfindən cinsi təcavüzə məruz qaldım. Sonra məni intizamlı etmək məqsədilə Afrikaya göndərdilər. Yeddi yaşımda siqaret çəkməyə, səkkiz yaşımda isə narkotik satmağa başladım”, – deyə 27 yaşlı futbolçu etiraflarında bildirib.

Əslən Nigeriyadan olan ingilis futbolçu bütün bunlar haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

Dele Alli bildirib ki, onun bütün həyatı başqa bir ailə tərəfindən himayəyə götürüləndən sonra dəyişib:

“12 yaşımda məni övladlığa götürdülər, gözəl bir ailəyə düşdüm və həyatım dəyişdi”.

Mənbə: “The Overlap” “YouTube” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir