Dünya

Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı – FOTO

Sharing is caring!

Belarusun Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonuna – Loyevski, Bragin və Xoinikiyə sərhəd zolağı boyunca giriş-çıxış məhdudlaşdırılıb.

Bu rayonlar Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəddir. Həmçinin məhz bu rayonlardan fevralda Rusiyanın Kiyevə hücumu başlayıb.

Bu qərar Nazirlər Şurası tərəfindən verilib və dekabrın 10-dan qüvvəyə minib.

İstisnalar yalnız bu bölgədə yaşayanlara, yaxın qohumlarına baş çəkənlərə və ya işlə bağlı gələnlərə şamil olunacaq.

Digər hallarda sərhəd komitəsinin yazılı icazəsi tələb olunacaq.

Mənbə: Strana.today

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir