Cəmiyyət

Masallıda zəncirvari qəza baş verib, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Masallıda baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, zəncirvari yol-nəqliyyat hadisəsi Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində qeydə alınıb.

Masallı rayon Türkoba kənd sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi “Hyundai”, Masallı rayonunun Türkoba kənd sakini, 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi “Mercedes” və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “Hyundai” və “Mercedes” markalı nəqliyyat vasitələrinin sürücüləri və avtomobillərdə sərnişin qismində olanlar – Masallı rayonunun Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nurullayev və Masallı rayonunun Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir