MARAQLI

Türkiyəli aparıcının zəlzələ karması – VİDEO

Sharing is caring!


Türkiyəli aparıcı Türkiyənin Malatya vilayətində eyni gücdə zəlzələyə iki dəfə eyni yerdə tuş gəlib.

Malatyada 2 ay əvvəl baş verən 5,2 bal gücündə zəlzələ zamanı efirdə olan aparıcı ötən gün eyni bal gücündə zəlzələ anında da yenə canlı yayımda olub.

“Vuslat TV”də proqramın canlı yayımı zamanı episentri Malatyanın Battalgazi rayonu olan 5,2 bal gücündə zəlzələ baş verib. Aparıcı Mehmet Refik Metin və qonağının keçirdiyi qısamüddətli təşviş anları kameralara əks olunub.

Həmçinin rejissor və işçi heyəti də qorxu dolu anlar yaşayıb. Zəlzələ sakitləşdikdən sonra aparıcı reklam fasiləsi elan edib və efiri dayandırıb.

Xatırladaq ki, 23 noyabr 2023-cü ildə də yenə episentri Battalgazi olan 5,2 bal gücündə zəlzələdə aparıcı Metin efirdə canlı yayım aparıb.

Mənbə: “Malatya tek haber”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir