Dünya

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası: “Putin, çətin ki, Lukaşenkonu aradan götürsün”

Sharing is caring!

“Rusiya Prezidenti Vladimir Putin, çətin ki, Belarus rəhbəri Aleksandr Lukaşenkonu aradan götürmək qərarına gəlsin. Belarus öz silahlı qüvvələrini Ukrayna ilə müharibəyə göndərməkdən imtina etsə belə, Putinin Lukaşenkonu məhv edəcəyi ehtimalı azdır”.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafon zamanı deyib.

Danilov bu barədə “Lukaşenko müharibədə iştirakdan imtina edərsə, zəhərləndiyi deyilən Belarusun xarici işlər naziri Vladimir Makeyin aqibəti onu da gözləyə bilərmi?” sualını cavablandırarkən bildirib.

“Putinin bu addımı atacağını düşünmürəm. Amma atsa, bu artıq Belarusla bağlı ekstremal vəziyyət olacaq. Və məsələ budur ki, Belarus xalqının hər hansı şəkildə bizimlə döyüşmək arzusu yoxdur”, – deyə o vurğulayıb.  

A.Danilov əlavə edib ki, indi çox sayda belarus Ukraynaya Rusiya hərbçilərini məhv etməkdə kömək edir. Və Belarusda belə hadisələr baş verərsə, onlar öz ölkələrini darda qoymayacaqlar.

Mənbə: Ukrinform

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir