Dünya

Ağcaqanad təyyarə reysinin təxirə salınmasına səbəb oldu

Sharing is caring!


Ağcaqanad “EasyJet” loukosterinin (aşağı büdcəli aviaşirkət) pilotunu sancaraq Amsterdamdan Mançesterə uçan reysi təxirə salıb.

“Airbus A320” təyyarəsinin sərnişinləri uçuş üçün beş saat gözləməli olublar, çünki həmin müddətdə təyyarə həşəratlardan təmizlənib. Reysi gözləyən insanlara isələngimənin laynerdə texniki nasazlıq olması ilə izah ediblər.

“Tabloda uçuş vaxtı daim artırılırdı. Nəhayət pilot çıxdı və bizə bildirdi ki, kabində ağcaqanad onu sancıb. Həşəratlar daha çox ola bilər deyə pilot bütün təyyarənin dərindən təmizlənilməsini istəyib”, – deyə sərnişinlərdən biri deyib.

Daşıyıcı şirkətin müştərilərini uçuşun gecikməsinə görə yeganə kompensasiyanın 3,9 funt sterlinq (6,2 manat – red.) məbləğində qida çekinin olması da qəzəbləndirib.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir