Dünya

Kərkükdə terror aktı: On nəfər həlak oldu

Sharing is caring!

Bazar günü İraqın Kərkük əyalətinin şimalında ekstremistlərin polis maşınının marşrutu boyunca yerləşdirdiyi bombanın partlaması nəticəsində İraq Federal Polisinin 10 əməkdaşı həlak olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həlak olanlar arasında yüksək rütbəli bir polis zabiti də var.

Partlayış baş verən zaman hüquq-mühafizə orqanlarının əməkdaşları əyalət mərkəzinin şimal-qərbində, Əl-Hüveyci kəndi yaxınlığındakı ərazidə patrul aparırdılar. Polis, Şimali İraqda səpələnmiş dəstələr halında hələ də fəaliyyət göstərən İŞİD terror qruplaşmasının yaraqlıları tərəfindən pusquya salınıb.

Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə pusqu quran bir qrup radikal arasında atışma başlayıb. Yaraqlılardan biri məhv edilib. Hazırda Əl-Hüveyci bölgəsində polis qaçmağa müvəffəq olmuş terrorçuların tutulması üçün genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir