Cəmiyyət

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sharing is caring!

Salyan rayonu ərazisində baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Elşən Nurəddin oğlu idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb.

İnəyi vurmaqdan yayınan sürücü avtomobili yolun kənarına yonəldib. Bu zaman qarşıdan gələn QAZ-31 markalı avtomobilə çırpılaraq kollektora düşüb.

Qəza nəticəsində sürücü və daha bir sərnişin xəsarət alıb.

Sərnişin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib, sürücü isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir