Siyasət

Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır

Sharing is caring!


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, məsələlərin həlli üçün zəruri tədbirləri görmək Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyinə həvalə olunur.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir