Dünya

Futbolda qapıların ölçülərinin dəyişdirilməsi ilə bağlı TƏKLİF

Sharing is caring!


İtaliyalı sabiq qapıçı Canluici Buffon maraqlı təklif irəli sürüb.

Veteran qolkiper futbolda qapıların ölçüsünün dəyişdirilməli olduğunu deyib. Onun sözlərinə görə, qapıçıların boyu uzun olduğu üçün uzaqdan zərbələrin əksəriyyəti qolla nəticələnmir:

“Bu barədə düşünməyə başlaya bilərik. Ötən gün qohumlarımla, həyat yoldaşımla bu haqda danışırdım. 1998-ci ildə A Seriyasının ən uzun boylu beş futbolçusundan biri idim. Keçən mövsüm “Parma”da oynayanda ən uzunboylu oyunçuların beşliyində qərarlaşmışdım. Qapının ölçüsü 1875-ci ildə müəyyən edilib. Həmin zamanda dövrün tələbləri nəzərə alınıb. Uzaqdan zərbələrdə qapıçının boyunun təsirini görmək olar. Sadə bir missal çəkim. 30 il əvvəl uzaqdan vurulan hər 50 zərbədən 10-u qol olurdusa, indi bu rəqəm üçdür”.

Hazırda futbolda qapıların eni 7,32, hündürlüyü isə 2,44 metrdir.

Qeyd edək ki, Canluici Buffon karyerası ərzində “Parma”, “Yuventus” və PSJ-nin formasını geyinib. O, İtaliya milli komandasının heyətində 176 oyun keçirib.

Mənbə: Tuttosport

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir