Cəmiyyət

Türkiyədəki zəlzələdə həlak olan Gündüz Nəzərzadə ilə vida mərasimi keçirilir – FOTO/VİDEO

Sharing is caring!

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, Sumqayıtda keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirlər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir