Dünya

Almaniyada “Reyxin vətəndaşları” hərəkatını dəstəkləyənlərin sayı kəskin artıb

Sharing is caring!

Almaniyada sağçı “Reyxin vətəndaşları” hərəkatı üzvlərinin sayı son bir ildə 2 min nəfər artaraq 23 min nəfərə çatıb.

Onların 10%-nin zorakılığa meylli olduğu bildirilib.

Bu barədə bazar günü Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazir Nensi Fezerin sözlərinə görə, hərəkatın tərəfdarları 2022-ci ildə 239 cinayət törədiblər.

Onun sözlərinə görə, cinayət törədənlərin hamısı təcridxanalardadır. Hərəkat üzvlərinin bir çoxunun silah daşıma icazəsi var. Lakin bu sənədlər ləğv edilməlidir.

Qeyd edək ki, “Reyxin vətəndaşları” hərəkatı 1980-ci illərdə yaranıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir