Cəmiyyət

Bakıda sexdəki partlayışda xəsarət alanların vəziyyəti AÇIQLANDI

Sharing is caring!


Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsinin yaxınlığında mebel sexində baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir:

“Hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən üçünün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır. Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə dörd nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”.

Qeyd edək ki, dünən baş verən partlayışda 24 nəfər xəsarət alıb. Yeddi nəfərin meyiti aşkarlanıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir