Dünya

Türkiyənin məşhur televiziya proqramı geri dönür: Mehmet Ali Erbilin yerinə aparıcı kim olacaq? – FOTO

Sharing is caring!


Bir dövrə damğasını vuran Türkiyənin məşhur televiziya proqramı “Çarkıfelek” uzun müddətdən sonra yenidən ekranlara qayıdır.

Şoumen Mehmet Ali Erbilin təqdimatı ilə yaddaşlara həkk olunan proqramın yeni aparıcısının adı məlum olub.

İlk dəfə 1975-ci il yanvarın 6-da yayımlanmağa başlayan və ilk aparıcısı Güner Ümit olan, ən son isə Mehmet Ali Erbilin aparıcısı olduğu proqram TV8 kanalında ekranlara çıxacaq, yeni aparıcısı isə tanınmış türkiyəli aktyor Cem Davran olacaq.

Cem Davran “Aşkın tarifi”, “Kardeş çocukları”, “Ruhsar”, Babam sınıfta kaldı”, “Yedikule”, “Hayat yokuşu”, “Bizim okul”, “İzmir çetesi”, “Aşk meydan savaşı”, “Şaşıfelek çıkmazı”, “Vay anam, vay”, “Tatlı Betüş”, “Fesupanallah”, “Deli-dolu”, “İlk göz ağrısı”, “Çocuğun var, derdin var”, “Yuvam yıkılmasın”, “Patron kim”, “Bana abi de” kimi serial və filmlərdə rol alıb.  

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir