Dünya

Türkmənistan XİN: “BMT Nizamnaməsi dünya birliyinin Konstitusiyasıdır”

Sharing is caring!

BMT-ni əvəz edə biləcək beynəlxalq təşkilatın olmadığını Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda keçirilən “Dialoq sülhün qarantıdır” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, hesab edir ki, müasir dünyada BMT-yə alternativ yoxdur.

“Bu gün onun fəaliyyətini əvəz edə biləcək başqa beynəlxalq struktur yoxdur. BMT Nizamnaməsi bu gün dünya birliyinin Konstitusiyasıdır”, – diplomat bəyan edib.

Eyni zamanda, Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri dünyanın son illərdə üzləşdiyi çağırışlara da toxunub. Onun fikrincə, bu, getdikcə artan hərbi-siyasi qarşıdurma, koronavirus pandemiyasının nəticələri və ərzaq böhranıdır.

Meredov həmçinin informasiya müharibələrini və ölkələr arasında qarşılıqlı etimadın itirilməsini təhdid adlandırıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir