Dünya

İsrail ordusu İbn Sina xəstəxanasını mühasirəyə götürüb

Sharing is caring!


İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının qərb sahilinin Cenin şəhərindəki İbn Sina xəstəxanasını mühasirəyə alıb.

Mənbə yazır ki, İsrail ordusu xəstəxananın işçilərinin və xəstələrin binanı tərk etmələrini tələb edir.

Öz növbəsində, xəstəxananın həkimləri hərbçilərin tələblərini yerinə yetirməkdən imtina ediblər.

Məlumat üçün əlavə edək ki, İsrail ordusu (IDF) Fələstin Muxtariyyətinin ərazisində əməliyyatlar keçirib. Cenin şəhərində keçirilən əməliyyat zamanı yerli silahlılarla toqquşma baş verib. Terrorda şübhəli bilinən şəxslər saxlanılıblar.

Mənbə: Newsru.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir