Cəmiyyət

Göyçayda 13 yaşlı məktəblinin mağazaya getmək üçün mindiyi maşın ölümünə səbəb oldu – YENİLƏNİB + FOTO

Sharing is caring!

Göyçay rayonunda yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

APA-nın xəbərinə görə, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımov idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, VAZ-2106 markalı minik avtomobili Göyçay-Ucar yolunda yoldan çıxararaq hasara çırpılıb.

Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

19:42

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Oxu.Az xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 markalı maşın yol kənarındakı beton hasara çırpılıb.

Nəticədə maşında olan sürücü – Xəlitli kənd sakini 35 yaşlı Elton Qasımov və sərnişin – Murad adlı şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir