Dünya

İranda reklam lövhələrinə şüarlar yazıldı: “Qatil Xameneyiyə ölüm olsun” – FOTO

Sharing is caring!

İranın Tehran və Qum şəhərlərində etirazlar davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İranın müqəddəs Qum şəhərində elmi-dini mərkəzin girişində “Xameneyiyə ölüm olsun” sözləri yazılıb.

Tehran şəhərində etirazçılardan biri “Torpaq qızıl verir” yazılmış nəhəng reklam lövhəsinə “İran mollası da qızıl oğurlayır” şüarı yazıb.

Ətrafdakılar da onu alqışlayaraq inqilabın sonuna qədər belə davam edəcəklərini bildiriblər.

Tehranın Hemmət prospektindəki körpüdə quraşdırılmış böyük lövhəyə isə etirazçı gənclərdən biri qorxmazcasına “qatil Xameneyiyə ölüm olsun” şüarını yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir