Dünya

Ukraynada işıqsız fəaliyyət göstərən doğum evi – VİDEO

Sharing is caring!

Enerji infrastrukturu Rusiya ordusu tərəfindən ağır bombardmana məruz qalan Ukraynanın bəzi xəstəxanaları işıq olmadan fəaliyyət göstərir.

Jurnalistlər hazırda Xerson şəhərinin mərkəzində fəaliyyət göstərən yeganə doğum evinə baş çəkiblər.

Şəhər Ukrayna qoşunlarının nəzarətinə keçdikdən sonra burada ən azı səkkiz körpə doğulub.

Xəstəxananın həkimi Sergey Morozov tibb işçilərinin hansı çətin şərtlər altında fəaliyyət göstərdiklərindən danışıb.

Mütəxəssislər deyirlər ki, Ukraynanın enerji infrastrukturunun yarısı ya zədələnib, ya da dağıdılıb, ölkədə təxminən 10 milyon insan işıqsız qalıb.

Mənbə: Euronews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir