Dünya manset

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Sharing is caring!

Türkiyədə terror istintaqı çərçivəsində vəzifəsindən azad edilən Diyarbəkir bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraqlı və Diyarbəkir Qayapınar mahal bələdiyyə sədri Kəzban Yılmaz və Bismil mahalının bələdiyyə sədri Orxan Ayaz saxlanılıb.

XəbərAl.az xəbər verir ki, Diyarbəkir Baş Prokurorluğu HDP-çi bələdiyyə sədrlərinin saxlanılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, Adnan Səlcuq Mızraqlı, Kəzban Yılmaz və Orxan Ayaz terror təşkilatına üzv olmaq və terror təbliğatı aparmaq ittihamı ilə vəzifədən azad ediliblər.

Bundan əvvəl də avqust ayında HDP üzvü olan Diyarbəkir, Mardin və Van şəhərlərinin bələdiyyə sədrləri vəzifələrindən azad edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir