Siyasət

Arestoviç: “Azərbaycan rəhbərliyi yüksək səviyyəli, uzunmüddətli oyun siyasəti nümayiş etdirir” – FOTO

Sharing is caring!


Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç özünün “Facebook” səhifəsində Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmasını şərh edib.

“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın yoluna nəzarəti ələ keçirib. İki il yarım əvvəl, atəşkəs razılaşması imzalanandan sonra bir çox azərbaycanlı mənəvi ruh düşkünlüyünə qapıldı, “… sonadək döyüşmədilər, bütün torpaqları almadılar” dedi. Dedim ki, bu ancaq başlanğıcdır. Hər şey sizin olacaq. Qarşılaşdığınız problemləri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb.

Bu gün Azərbaycan rəhbərliyi bir daha yüksək səviyyəli, uzunmüddətli oyun siyasəti nümayiş etdirir. Buna yalnız paxıllıq etmək olar”, – Arestoviç yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir