Cəmiyyət

Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib – FOTO

Sharing is caring!


Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib.

Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır.

Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir.

Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir