Dünya

Polşa Rusiya nümayəndə heyətini ATƏT-in nazirlər toplantısına buraxmayacaq

Sharing is caring!

Polşa Rusiya nümayəndə heyətini gələn ay Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nazirlər toplantısına buraxmayacaq.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Lukaş Yasina müvafiq sualı cavablandırarkən bildirib. O, Rusiyanın üzvü olduğu ATƏT-in dekabr iclasına Moskvanın buraxılmasına icazə verilməyəcəyi ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Ukrayna da həmçinin bu təşkilatın üzvüdür.

Bu il Polşa 57 üzvdən ibarət olan ATƏT-ə rotasiya əsasında sədrlik edir. Həmçinin dekabrın 1-2-də Lodzda illik nazirlər konfransına ev sahibliyi edəcək.

Yasina Rusiya xarici işlər naziri Serqey Lavrovun səfəri ilə bağlı sualı da cavablandırıb. “Xarici işlər naziri Lavrovun Lodza səfərini gözləmirik”, – deyə o qeyd edib.

Xəbər verdiyimiz kimi, Polşa Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina edib. Parlamentarilər ATƏT Parlament Assambleyasının noyabrın 24-26-na planlaşdırılan payız sessiyası üçün Varşavaya gəlməli idilər.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir