Dünya

İslamı terrorla eyniləşdirən İran – VİDEO

Sharing is caring!

İslam inqilabından sonra yaradılan molla rejimi şiəlik ideologiyasını əlində bayraq edib Yaxın Şərqdə siyasi-ideoloji maraqlarını yaymaqla məşğuldur. Bunu isə ən yaxşı bildiyi terrorla edir.

Artıq heç kimə sirr deyil ki, İranın islamla, əsl şiəliklə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Mollabaşların əsl xisləti fars-şiə çətiri altında ölkələri öz təsir dairələrində saxlamaqdır. Elə buna görədir ki, Suriyada vətəndaş müharibəsi başladığı vaxtdan saxta şiə rejimi Bəşər Əsəd ordusuna milyardlarla dollar ayırır. Tehran rejimi bu siyasəti İraqda da həyata keçirir. Səddam rejiminin devrilməsi ilə İranın özbaşınalığı daha da artdı. 

Təhlükəsizlik üzrə ekspert Cümşüd Nuriyev qeyd edib ki, Suriyada PKK və ASALA-nı təmin edən, onlarla birlikdə təlimlər keçən məhz İranın xüsusi xidmət orqanlarıdır.

“İran İraq və Suriyada kürd kartından istifadə etməklə həm Türkiyəyə qarşı terror aktları həyata keçirir, həm də guya İsrailə qarşı müharibə aparır. Bütün hallarda İran öz müsəlman qardaşlarını siyasi maraqlarına görə qırğına verir”, – deyə o əlavə edib. 

1984-cü ildə terrorun dövlət sponsoru kimi təyin olunan İran bu il də terrorla bağlı fəaliyyətini, o cümlədən Hizbullaha, Qəzzadakı Fələstin terror qruplarına, Suriya, İraq və bütün Yaxın Şərqdə müxtəlif terror qruplarına dəstək göstərməyə davam edir. ABŞ Dövlət Departamentinin 2019-cu ildəki hesabatı bu cümlə ilə başlayır. 

Özünü islam respublikası kimi qələmə verən rejimin “Hizbullah” adında terror təşkilatını himayə etməsi elə ölkənin xislətini açıq-aşkar ortaya qoyur. Yeri gəlmişkən, Suriyanın Ticarət Nazirliyi İranın 3 şirkətinə – “Studio Empress”, “Ayət qardaşları” və “Qisare Media”ya Dəməşq əyaləti və onun ətraf ərazilərinə investisiya qoymaq üçün yeni lisenziyalar verib. Yeni şirkətlər İran və Suriya vətəndaşlığı olan iş adamlarına və investorlara məxsusdur. 

Yəqin, bu addım İranın Suriyada həyata keçirdiyi “din qardaşlığı”na təşəkkür məqsədi daşıyır. Qısası, İran uzun illərdir şiəlik əbası altında dinə xidmətdən başqa hər hoqqadan çıxır. Terror mollakratiyası əlini dindaşlarının qanına bulamaqdan da çəkinmir.

Ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir