Kriminal

Bakıda kişi bacısına sataşan şəxs tərəfindən bıçaqlanıb

Sharing is caring!


Bakıda bıçaqlanma hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 94 ünvanının yaxınlığında qeydə alınıb.

Bakı şəhər sakini Məmmədtağı Mətləb oğlu Mayılov bacısı Aidə Mayılovanı narahat etməsi səbəbindən istintaqa məlum olmayan şəxslə aralarında yaranmış münaqişə zamanı həmin şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Aparılmış ilkin istintaqla qeyd olunan hadisənin törədilməsində şübhəli bilinən şəxsin 1973-cü il təvəllüdlü, Balaoğlan Ələmdar oğlu Sadıqov olması müəyyən edilib.

Həmin şəxsin tapılması və istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir