Dünya

ABŞ və Rusiya kəşfiyyat rəhbərləri Ankarada niyə görüşüblər?

Sharing is caring!

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ və Rusiya kəşfiyyat rəhbərlərinin noyabrın 14-də Ankarada keçirilən görüşünün məramını açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ilə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinin görüşü iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə kommunikasiyaların qorunub-saxlanması məqsədi daşıyıb.

“Ankaradakı görüşdə Rusiya ilə hazırda açıq olan adi əlaqə kanalları barədə söhbət aparılıb”, – Kirbi deyib.

Ağ Ev təmsilçisi qeyd edib ki, hansısa məqamı gözdən qaçırmamaq üçün Rusiya ilə dialoq aparmaq lazımdır.

Bundan öncə CNN telekanalı ABŞ Milli Təhlükəsizlik Şurasındakı adı çəkilməyən mənbəyə istinadən bildirmişdi ki, Börns ilə Narışkin Türkiyədə Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə yaranacaq nəticələri, eləcə də Rusiyada saxlanılan ABŞ vətəndaşlarının taleyini müzakirə ediblər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir