Dünya

İsveçin ən böyük AES reaktoru söndürüldü

Sharing is caring!

Noyabrın 9-da turbinin fəaliyyyətindəki problemlər səbəbindən İsveçdəki ən böyük atom elektrik stansiyasının reaktorunun işi dayandırılıb.

“Oskarshamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Nasazlıqların aradan qaldırılması davam edir”, – AES sözçüsü Dezire Lilyeval bildirib.

Məlumata görə, 2022-ci ildə AES-də müxtəlif səbəblərdən artıq bir neçə dəfə nasazlıqlar qeydə alınıb. Hazırda stansiyanın işini nə zaman bərpa edəcəyi məlum deyil.

Xatırladaq ki, İsveçdə altı aktiv reaktoru olan üç atom elektrik stansiyası var. Oskarshamnın üçüncü reaktoru onlardan ən böyüyüdür. Onun gücü 1400 meqavatdır.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir