Dünya

Eko-fəallar məşhur amerikalı rəssamın əsərini ləkələməyə cəhd ediblər

Sharing is caring!

Avstraliyada eko-fəallar məşhur amerikalı rəssam Endi Vorholun Kanberra şəhərindəki qalereyada sərgilənən rəsmini ləkələməyə çalışıblar.

Etirazçılar bununla Avstraliya hakimiyyətini neft, qaz və kömür sənayesindəki fəaliyyətini dayandırmağa çağırıblar.

Xoşbəxtlikdən rəsm əsəri xüsusi ekranla qorunub və zədələnməyib.

Bundan əlavə, etirazçılardan biri özünü eksponata yapışdırmağa çalışsa da, qalereyanın təhlükəsizlik işçiləri vaxtında onun qarşısını kəsiblər.

Mənbə: aapnews.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir