Dünya

Koronavirusun “Serber” ştammı: Peyvənd olunanlar da yoluxur

Sharing is caring!

Koronairusun yeni “Serber” ştammı sürətlə yayılmağa başlayıb.

O, “Omikron” variantının törəməsi hesab olunur.

Yeni ştammın sələfindən başlıca fərqi isə daha yoluxucu olmasıdır. Belə ki, “Serber” orqanizmin anticisimlərindən daha asan yan keçir. Müvafiq olaraq, bu, peyvənd olunan və ya artıq xəstələnərək təbii müdafiə əldə edənlərin də yenidən yoluxması deməkdir.

Hazırda virus əsasən Avropada yeni epidemiya halına gəlib. Eyni zamanda ağırlaşma halları üzrə geniş miqyaslı artım müşahidə olunmur.

“Serber”in simptomları ümumi soyuqdəyməyə bənzəyir: Öskürək, burun axması, qızdırma, intoksikasiya sindromu (ağır yorğunluq, tərləmə və çəki itkisi). Nadir hallarda isə qoxu və dad itkisi müşahidə edilir.

Mənbə: kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir