Cəmiyyət

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub, xəsarət alan var – FOTO

Sharing is caring!

Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir